İsrail Prezidenti onların ölümünə görə üzr istədi

3 Aprel 2024 09:15

İsrail Prezidenti İsxak Hersoq Qəzza zolağında ölən 7 könüllünün ölümünə görə üzr istəyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrail məlumatı məlumat yayıb.

Bildirilib ki, İ. Hersoq bunu onların İsrail ordusunun zərbəsi nəticəsində ölməsinə görə edib. Belə ki, o, "Dünya mərkəzi mətbəxi" qeyri-hökumət təşkilatının rəhbəri Xose Andresə zəng edərək işçilərinin faciəli ölümü ilə əlaqədar üzrxahlıq edərək başsağlığı verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun