12 yaşlı qız 63 yaşlı din xadiminə ərə verildi

3 Aprel 2024 07:20

Qanada 12 yaşlı qız 63 yaşlı din xadimi ilə evləndiyi aşkar edildikdən sonra polisin himayəsi altına alınıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. 

Paytaxtdakı yerli icmaya xidmət edən nüfuzlu din xadiminin ofisi nikahın keçirilməsini müdafiə edərək bunun yalnız mərasim olduğunu bildirib.

Yerli hüquq-mühafizə orqanları qeyd edib ki, onlar qızın şəxsiyyətini müəyyənləşdirə biliblər və o, hazırda anası ilə birlikdə onların himayəsindədir. 

Qeyd edək ki, Qanada evlilik üçün qanuni minimal yaş 18-dir. Son illərdə uşaq nikahlarının sayı azalsa da, bu hal davam edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun