G7 ölkələri Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı təkliflər hazırlayacaq

3 Aprel 2024 07:50

"Böyük yeddiliyə"(G7) üzv ölkələr iyun sammiti üçün Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi ilə bağlı yeni təkliflər hazırlayacaqlar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər nazirinin müavini Nüsrət Qani məlumat yayıb.

Onun sözlərinə görə, Britaniya müttəfiqləri ilə, o cümlədən Avropa Komissiyası ilə sıx əməkdaşlığı davam etdirir.

Qani qeyd edib ki, hazırda Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə yönəldilə biləcəyi bütün hüquqi sxemlər öyrənilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun