Kamran Ağayev: "Bu faciədir"
8 İyun 2012 11:42
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev millimizin Yaponiya (0:2) və Andorra (0:0) ilə oyunlarını şərh edib. Azerisport.az saytına müsahibəsində "Xəzər Lənkəran"lı qolkiper bunları dilə gətirib:
"Yaponiyaya qarşı oyunumuz alınmadı. Etiraf edim ki, yığmadan heç danışmaq da istəmirəm. FİFA-nın son reytinq cədvəlində geriləməyimiz də kefimi pozdu. Aydın məsələdir ki, yaponlara məğlubiyyətimiz, Andorra ilə heç-heçə vəziyyətimizi pisləşdirdi. Kim necə düşünür, bilmirəm. Amma şəxsən mən Andorra ilə oyunun nəticəsini faciə hesab edirəm".
Milli.Az