Şəki və Qəbələdə 6 məktəbli buraxılış imtahanında maksimum nəticə göstərib - FOTOlar

2 Aprel 2024 21:46

Səki - Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 6 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstəriblər.

Bu barədə Milli.Az report.az-a istinadən xəbər verir.

Bildirilib ki, martın 3-də XI sinif üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən, Şəki şəhər 18 nömrəli tam orta məktəbin şagirdi İlyasova Zərifə Elmaz qızı, Şəki şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Teymurlu Fatimə Elmir qızı, Şəki şəhəri, Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdi Əliyeva Amalya Tural qızı, Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbin şagirdi Yusibov Elşən Səfa oğlu, Qəbələ rayonu, Nohurqışlaq kənd orta məktəbin şagirdi Rəhimova Səidə Ruhib qızı və Qəbələ şəhəri, 4 saylı şəhər orta məktəbin şagirdi Xancanova Lalə Elvin qızı 300 bal toplayıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun