“Ukrayna NATO-ya üzv olacaq”

2 Aprel 2024 20:20

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Ukrayna NATO-ya üzv olacaq, məsələ bu məqsədə doğru aydın yol xəritəsi hazırlamaqdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  o bu haqda Fransanın xarici işlər naziri Stefan Sejournet ilə birgə mətbuat konfransında çıxışı zamanı danışıb.

Blinken Ukraynanın alyansa daxil olacağına əminliyini bildirib:

"Bizim üçün məsələ bu qətnaməyə çatmaq üçün yaxşı və aydın bir yol xəritəsi hazırlamaqdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun