Cəlilabadda qəza - yaralılar var

2 Aprel 2024 19:59

Cəlilabad rayonunda yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Toyota Prius" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki qadın xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun