Separatçıların helikopteri qəzaya uğradı

2 Aprel 2024 19:25

Abxaziya "hərbi hava qüvvələri"nə məxsus Mi-24 helikopteri qəzaya uğrayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə bölgədəki separatçı qurumun "müdafiə nazirliyi" məlumat yayıb.

"Helikopter Vladimirovka qəsəbəsi yaxınlığında məcburi eniş edib. Şəxsi heyətin həyatı üçün təhlükə yoxdur", - məlumatda deyilir.

Helikopter ekipajının hər üç üzvü sağdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun