Yaşyarımlıq qızını öldürməkdə ittiham olunan ATA DANIŞDI

2 Aprel 2024 17:25

Sumqayıtda 1 yaş 4 aylıq qızını dənizdə boğaraq qətlə yetirməkdə ittiham olunan Ahmet Turan Yeşil danışıb.

Milli.Az xəbər verir ki, o, Baku TV-yə açıqlamasında psixoloji problemləri olduğunu bildirib: "Psixoloji sıxıntılarım, problemlərim var idi. Maddi problemlərim vardı".

Qeyd edək ki, martın 31-i Sumqayıtda azyaşlı Zeyneb Yeşilin dəniz sahilində meyiti tapılıb. Onun qətlə yetirilməsi məlum olub və atası 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşil şübhəli şəxs qismində tutulub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun