Xamenei əsəbiləşdi: İsraili peşman edəcəyik

2 Aprel 2024 16:57

Allahın köməkliyilə, onları bu cinayətlərə görə peşman edəcəyik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İranın dini rəhbəri Əli Xamenei Dəməşqdəki İran səfirliyinə hücumu və SEPAH komandirlərinin ölümü haqda danışarkən deyib.

"Şər rejim igidlərimizin əli ilə cəzasını alacaq. Allahın izni ilə onları bu və buna bənzər cinayətlərinə görə peşman edəcəyik", - o bildirib.

Qeyd edək ki, 1 apreldə İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə nəticəsində SEPAH-ın iki generalı və 5 zabiti ölüb. Həmçinin iranlı diplomatların da öldüyü bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun