İstanbulda gecə klubunda yanğında ölənlərin sayı 25-ə çatdı - YENİLƏNİB - VİDEO - FOTO

2 Aprel 2024 17:51

İstanbulda kafedə baş verən yanğında ölənlərin sayı 25 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə KİV-i xəbər verib.

Hadisə nəticəsində yaralananların sayı 3 nəfərdir.

Yanğının söndürülməsinə 31 yanğınsöndürmə maşını və 86 nəfər personal cəlb olunub. Hazırda yanğın söndürülüb.

-------

16:04

Türkiyənin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində 11 nəfər ölüb, 3-ü ağır olmaqla 9 nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

Məlumata görə, İstanbul valiliyi hadisə ilə bağlı araşdırma başladıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun