Bayden “persona non grata” elan edildi

2 Aprel 2024 15:59

Macarıstanın Fundamental Hüquqlar Mərkəzi aprel ayında Budapeştdə keçiriləcək Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı (CPAC) üçün ABŞ Prezidenti Co Baydeni "persona non grata" elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə mərkəzin nümayəndələri "Facebook"da yazıblar.

"Macarıstanda CPAC qonaqları üçün əsas tələb səhnədə itməməkdir. Co Bayden minimum şərtləri yerinə yetirməyə hazır deyil", - deyə tədbir təşkilatçıları zarafatyana qeyd ediblər.

Onlar, həmçinin Baydenin şəklini qoyaraq, "persona non grata" sözlərini yazıblar.

Xatırladaq ki, martın 9-da Macarıstanın Baş naziri Viktor Orban Baydenin Ağ Ev rəhbəri postuna əsas rəqibi, ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşüb. Bundan sonra Macarıstan hökumətinin başçısı Trampın 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkisində qalib gəlməsinin bütün dünya üçün daha yaxşı olacağını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun