DTX bu qadını casusluğa görə SAXLADI

2 Aprel 2024 15:44

Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yusifova Validə Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Lakin cinayət işinin təfərrüatı haqda məlumat yayılmayıb.

Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun