Bit bazarından aldığı üzük həyatını xilas etdi - FOTO

6 Aprel 2024 18:37

Debra Qodar adlı qadının başına qeyri-adi bir hadisə gəlib. 

Milli.Az sfera.az-a istinadən  xəbər verir ki, o, alış-veriş zamanı rastlaşdığı təsadüfi tapıntı sayəsində həyatının sonuna qədər maddiyatını təmin edib.

Debra bit bazarından cəmi 10 funta brilyant üzük alıb və onu qutuda saxlayıb. Lakin anası June Boyle qohumu tərəfindən dələduzluq qurbanı oldub. Bütün pullarını itirən ailə çətin vəziyyətə düşüb.

Britaniyalı qadın üzüyü dəyərini qiymətləndirmək üçün zərgərə aparıb. Üzük mütəxəssi heyran edib. Məlum olub ki, bu bənzəri olmayan "şüşə parçası" 26,27 karat ağırlığında əsl almazdır. 

2019-cu ildə "Sotheby's" hərracında hərrac xərcləri nəzərə alınmaqla, 470 min funta (təxminən 1 milyon Azn) satılıb.

"Zərgər mənə bunun brilyant olduğunu deyəndə şoka düşdüm. Bütün gecəni oturub üzüyə baxdım. Nə edəcəyimi bilmədim. Görünür, bu, həyatımızda baş verən pis şeylərin və anamın hər şeydən məhrum qalmasının karma qisası idi"-deyə Debra düşdükləri vəziyyəti şərh edir. 

Qadın pulun bir hissəsini tətilə və anası üçün hədiyyələrə;

Las-Veqas və Barbadosa kurortdan tutmuş, dəbdəbəli xəz palto almağa qədər xərcləmək qərarına gəlib.

Debranın özü hələ də Tvikenhemdə təvazökar bir evdə yaşayır.

"Mənim üçün əsas şey pul deyil. Problemli uşaqlar üçün bir xeyriyyə təşkilatında könüllüyəm. Bu macəra haqqında kitab da yazdım. Əgər kommersiya baxımından uğurlu olarsa, pulu başqalarına kömək etmək üçün bağışlamaq istəyirəm"- deyə o öz gələcək planları barədə danışır.

Britaniyalı qadın bu hadisədən sonra şansını bir daha sınamaq qərarına gəlib. O, hətta vintage zərgərlik şirkəti də təsis edib və bit bazarlarında maraqlı tapıntılar axtarmağa davam edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun