Bu gün səhər saatlarında Albaniyada miqrantları daşıyan avtomobil qəzaya uğrayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil paytaxt Tiranadan təxminən 240 kilometr aralıda yerləşən Vjosa çayına düşüb və parça-parça olub.
Maşında olanların hamısı, o cümlədən yeddi miqrant və sürücü həlak olub.
Məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında 100 minə yaxın miqrant bu marşrutdan istifadə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun