Ukraynada vəfat edən jurnalist İdrak Camalbəyli dəfn olundu - FOTO

2 Aprel 2024 14:04

Ukraynada vəfat edən azərbaycanlı jurnalist İdrak Camalbəyli dəfn olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, yaxınları və Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak edib.

Mərhum jurnalist Masazır kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İ.Camalbəyli martın 29-da uzun müddətdir yaşadığı Ukraynanın paytaxtı Kiyev şəhərində ürəktutmasından vəfat edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun