Evdə köməksiz qalan yaşlı qadın belə xilas edildi - VİDEO

2 Aprel 2024 17:13

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.Az bildirir ki, FHN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən 1944-cü il təvəllüdlü qadına müvafiq köməklik göstərilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun