İsrailin Baş naziri Binyamin Netanyahu Qətərdə yerləşən "Al Jazeera" televiziyasının bağlanmasına icazə verən qanunun təsdiqlənməsi üçün İsrail parlamenti Knessetə təzyiq edir.
Milli.Az Unikal-a istinadən xəbər verir ki, bu barədə ölkənin KAN televiziyası məlumat yayıb.
Bildirilir ki, Netanyahu "Al Jazeera"nin İsraildəki yayımlarını dayandırması üçün qurumun bağlanmasını tələb edib.
Xəbərdə "Netanyahu İsrail parlamentindəki koalisiya rəhbəri Ofir Katz ilə görüşərək, bu qanunun bu gün axşam saatlarında parlamentdə ikinci və üçüncü oxunuşlarda təsdiqlənməsini təmin etməsini istəyib" deyilir.
Qeyd olunub ki, Netanyahunun təsdiq olunmasını istədiyi qanun baş nazirə "Al Jazeera" nin İsraildə yayımını dayandırmaq səlahiyyəti verir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun