Canlı yayımda uşağa siqaret çəkdirən ata saxlanıldı - FOTO

2 Aprel 2024 11:28

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

Milli.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimov APA-ya bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.

O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun