Türkiyəli müğənni muxtar seçildi

2 Aprel 2024 10:33

Türkiyəli müğənni Hilal Özdemir Suadiye məhəlləsinin muxtarı seçilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yerli idarəetmə orqanlarına seçkilərdə namizədliyini irəli sürən Özdemir qalib gəlib.

"Hörmətli Suadiye sakinləri, 31 mart tarixində yerli seçkilərdə mənə və komandama səs verən və qalib gəlməyimizə kömək edən hər kəsə təşəkkür edirəm. Yeni dövrdə də sizlərlə birlikdə məhəlləmizə gözəl xidmətlər göstərməyə davam edəcəyik" deyə, o, paylaşımında yazıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun