Rusiyanın dünya xəritəsindən silinməsi üçün... - Patruşev

2 Aprel 2024 09:20

Kollektiv Qərbin uzunmüddətli məqsədi Rusiyanı zəiflətməkdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Arqumenti i Faktı" nəşrinə müsahibəsində bildirib.

"Ölkəmizin iqtisadi və siyasi rəqib kimi zəifləməsi və sonra parçalanaraq dünyanın siyasi xəritəsindən çıxarılması Vaşinqtonun, Londonun və onların nəzarətində olan kollektiv Qərbin uzunmüddətli strateji hədəfləridir", - Patruşev bildirib.

Onun sözlərinə görə, ABŞ və Britaniya NATO ölkələrini özlərinə daha möhkəm bağlamaq üçün qəsdən rusofobiyanı şişirdirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun