İndi də Güneydə torpağımıza göz dikdilər - VİDEO

2 Aprel 2024 01:26

"Urmiya Bələdiyyəsi" voleybol klubunun "Şahdab Yəzd" komandası ilə daha bir qarşılaşması zamanı Güney azərbaycanlı azarkeşlər şüarlar səsləndiriblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bütün zal "Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb", "Urmiyə türkündü, türkün qalacaq" kimi şüarlar qışqırıblar.

Matçın sonunda azarkeşlər və polislər arasında qarşıdurma yaranıb, bir nəfərin həbs edildiyi bildirilir.

Qeyd edək ki, Urmiyaya kütləvi şəkildə kürdləri köçürən İran şovinist hakimiyyəti etnik münaqişə yaradır və kürdlərin torpaq iddiasını gizli şəkildə dəstəkləyir. 1 mart parlament seçkilərindən sonra Urmiyadan seçilən 3 deputatın ikisinin kürd əsilli olması isə kürdlərin iddialarını daha da artırıb və onlar Urmiyaya iddialarını açıq müstəviyə keçiriblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun