Rusiya ilə münasibətlərin ən pis dövrü yaşanır - Moldova

2 Aprel 2024 07:20

Kişinyovla Moskva arasında münasibətlər tarixdə ən pis dövrünü yaşayır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Moldovanın baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoy deyib.

"Bu gün Rusiya ilə münasibətlər müasir Moldovanın bütün tarixində ən aşağı səviyyədədir. Ukraynalı dostlarımız belə ağır sınaqlardan keçərkən, biz münasibətlərimizdə hər hansı yaxşılaşma üçün ilkin şərtlər görmürük", - deyə nazir bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun