ABŞ-dən İran konsulluğunun vurulmasına reaksiya

2 Aprel 2024 06:40

İranın Dəməşqdəki konsulluğunda baş verən insidentlə bağlı məlumat toplayırıq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

"Biz regiondakı tərəfdaşlarla danışıqlar aparırıq, əlavə məlumat toplayırıq, lakin hazırda nə hədəf, nə də cavabdeh tərəf barədə hansısa təsdiqimiz var. Əlavə sözüm yoxdur", - Miller vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun