Dəhşətli istilər gəlir - XƏBƏRDARLIQ

2 Aprel 2024 00:25

Bu il bütün dünyada rekord istilik olacaq. 2024-cü ilin yayı 2023-cü ildən daha isti olacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Meteo" proqnozlar mərkəzinin sinoptiki Aleksandr İlyin "Veçernyaya Moskva"ya müsahibəsində bildirib.

O qeyd edib ki, rekord istiliyin proqnozlaşdırılması elmi araşdırmalara əsaslanır.

Bundan əvvəl Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand 2024-cü il aprelin sonu - may ayının ortalarında başlayaraq kəskin istilərin müşahidə olunacağını bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun