Estoniya Rusiya ilə hüquqi yardım müqaviləsini ləğv edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Estoniya Prezidenti Alar Karis qanunu təsdiqləyib.
Qanuna əsasən, Estoniya ilə Rusiya arasında ikitərəfli münasibətlər yalnız vacib olan həddə saxlanılmalıdır. Eyni zamanda, mülki, ailə və cinayət işləri üzrə Rusiya ilə əməkdaşlıq imkanları qalmaqdadır, gələcəkdə onların həlli beynəlxalq xüsusi hüquq normaları və beynəlxalq konvensiyalar əsasında aparılacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun