Qısqanc qadın ərini kişilikdən məhrum etdi

1 Aprel 2024 20:56

Tatarıstanda qadın qısqanclıq zəminində ərinin orqanını kəsib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisədən sonra kişi huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Spirtli içki içilən zaman kişi arvadına onu aldatdığını deyib. Bu xəbərdən sonra arvad əsəbiləşərək bıçağı götürüb və onun orqanını kəsib", - xəbərdə vurğulanır.

Bildirilir ki, kişi şok və ağrıdan huşunu itirərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Nəticədə orqanın tam amputasiyası üçün əməliyyat aparmaq lazım gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun