Ölkə şokda: Baş nazirin evinə silahlı hücum

1 Aprel 2024 19:56

Naməlum şəxslər Liviya Milli Birlik Hökumətinin rəhbəri Abdul Hamid Dbeybanın iqamətgahına silahlı hücum ediblər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadla məlumat yayıb.

Dəymiş ziyanla bağlı məlumat verilmir. Hücum zamanı ad-Dbeybanın özünün iqamətgahda olub-olmadığı hələlik məlum deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun