“Crocus” hadisəsinə görə onuncu şəxs saxlanıldı

1 Aprel 2024 19:29

"Crocus City Hall"da baş verən terror aktı ilə bağlı onuncu şəxs saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə TASS-a bildirilib.

Qeyd edilib ki, Yakubcon Yusufzoda polisə tabe olmadığı üçün həbs edilib.

"O, 12 sutka müddətinə inzibati həbs edilib", - məlumatda vurğulanıb.

Xatirladaq ki, İstintaq Komitəsi məhkəmədən Yakubcon Yusufzodanın terror aktı törətməkdə ittiham olunaraq həbs edilməsini istəyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun