Məşhur komediya ustası 72 yaşında vəfat etdi

1 Aprel 2024 18:08

Rusiyalı məşhur komediya ustası, ssenarist,  "Odessa cənabları" KVN komandasının kapitanı Svetoslav Pelişenko vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, şoumen 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Pelişenko həm də fizika-riyaziyyat elmləri namizədi olub. O, daha sonra televiziyalarda yumoristik proqramlar şöbəsində çalışıb. "Mavi işıq", "Şəhər", "Jurmalina" və digər proqramların müəllifi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun