Ukrayna Simonyana cinayət işi açdı

1 Aprel 2024 16:29

Ukrayna Təhlükəsizlik Xidməti "Rossiya Seqodnya" və RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı cinayət işi açıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Teleqram kanalında məlumat yayılıb.

"Simonyan 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə öldürülməsinə çağırış edib, həmçinin Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün dəfələrlə kampaniya aparıb. Simonyan Ukrayna Cinayət Məcəlləsinin dörd maddəsi, o cümlədən soyqırım və Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd maddələri ilə şübhəli bilinir", - məlumatda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun