Ukrayna Rusiyanın 1200 km dərinliyini necə vurdu?

2 Aprel 2024 12:42

Ukraynanın Rusiya ərazisinə zərbə endirdiyi PUA-larda süni intellektdən istifadə edilir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə CNN Ukraynanın PUA proqramı ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.

"Dəqiqlik süni intellektin (Aİ) istifadəsi ilə təmin edilir. Hər bir PUA-da peyk və ərazi məlumatları olan bir prosessor var", - məlumatda qeyd olunub.

Məlumatda bu texnologiyanın Ukraynaya kim tərəfindən verildiyi bildirilməyib.

Qeyd edək ki, Ukrayna PUA-sı bu gün Tatarıstanda "Şahid" PUA-larının zavodunu vurub. Bu, Ukraynanın Rusiyanın 1200 km dərinliyinə ilk hücumudur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun