İş yerini dəyişmək istəyən müəllimlərin qeydiyyatı başlayır

1 Aprel 2024 15:20

Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 2-8 aprel tarixlərində keçiriləcək.

Bu barədə Milli.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Qeydiyyat 2 aprel saat 11:00-dan 8 aprel saat 11:00-dək davam edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun