Dağıstanda əməliyyat - "Crocus" terrorunu maliyyələşdirən dəstə üzvləri saxlanıldı

1 Aprel 2024 15:04

Rusiya Federal Təhlükəsizlik Xidməti Dağıstanda əməliyyat keçirib, "Crocus" terrorunu maliyyələşdirən dəstənin üzvləri saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə FTX məlumat yayıb.

Bildirilib ki, Dağıstanda saxlanılan yaraqlılar "Crocus"da terror aktını törədənlərin maliyyələşdirilməsində və onlara dəstək verilməsində iştirak ediblər.

Dəstəyə dörd nəfər daxil olub. Məlum olub ki, onlar, həmçinin Kaspiyskdə terror aktı planlaşdırıblar, bundan dərhal sonra Rusiyanı tərk etmək niyyətində olublar.

FTX Dağıstanda saxlanılan silahlıların Kaspiyskdə sahili partlatmaq niyyətində olduqlarını açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun