Azad Əliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib - FOTO

1 Aprel 2024 14:31

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, dirijor

Azad Əliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib.

Baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Bakı Kamera Orkestrinin müşayiəti ilə solistlər - SSRİ və Azərbaycan Respublikasının Xalq Artisti Fərhad Bədəlbəyli (piano), Azərbaycan Respublikasının Xalq artisti Yeganə Axundova (piano), Azərbaycan Respublikasının Xalq Artisti Murad Adıgözəl-zadə (piano) və Respublika və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) çıxış ediblər.

Proqramda B.Britten Sadə simfoniya (III hissə), ⁠İ.Şvarts "Bəyaz gecənin melodiyaları" kinofilmindən "Gəzinti", G.⁠Mahler Piano kvarteti, P.İ.⁠Çaykovski "Снова, как прежде, один" romansı, S.⁠Raxmaninov "Проходит всё", "Всё отнял у меня", "О нет, молю, не уходи" romansları, ⁠J.S.Bach Piano və orkestr üçün ikili konsert C-dur, BWV1061 (II, III hissələr), F.Chopin 1 saylı Noktürn (c-moll, op.48, işləyəni Y.İmanov) və  S.⁠Raxmaninovun "Vokaliz" romansı (işləyəni D.Sitkovetski) səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az