Ermənistanın Azərbaycanla sərhədə qoşun yığma SƏBƏBİ: İrəvan nəyə hazırlaşır? - VİDEO

1 Aprel 2024 14:12

Ermənistanın Azərbaycanla sərhədə qoşun yığmasına dair sosial şəbəkələrdə məlumat yayılıb.

Görüntülərdə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi müşahidə edilib.

Milli.Az xəbər verir ki, məsələni Trend-ə şərh edən hərbi ekspert Azər Bayramov bildirib ki, Ermənistanın son davranışları məkirli niyyətlərindən xəbər verir.

"Ermənistanın müdafiə naziri açıqlama verib ki, bu təlim xarakterli yürüşdür. Lakin, bu, absurd açıqlamadır. Hərbçiləri yürüş keçirirsə, bunu niyə Azərbaycanla şərti həmsərhəd bölgədə edir?", - o deyib.

Geniş videomüsahibəni təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun