Netanyahu əməliyyat olundu

1 Aprel 2024 13:24

İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyat olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Netanyahunun ofisi yayıb.

Baş nazir ümumi müayinə zamanı aşkarlanan yırtıqla əlaqədar olaraq cərrahi əməliyyat keçirib.

Əməliyyatın uğurla keçdiyi və Netanyahunun hazırda özünü yaxşı hiss etdiyi bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun