Türkan estetik etdirdi: "Üzümdə çox böyük dəyişiklik olacaq"

1 Aprel 2024 13:47

Müğənni Türkan Vəlizadə əməliyyat olunub.

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə "Rəngarəng səhər" verilişində məlumat verilib. Bildirilib ki, ifaçı burnunda dəyişiklik etdirib.

Türkan özü də telefon bağlantısı ilə proqrama qoşularaq məlumatı təsdiqləyib:

"Üzümdə çox böyük dəyişiklik olacaq. Görəcəksiniz. Onsuz da mən gözəl idim, fikirləşdim ki, yenə də bu, lazımdır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun