Bərdədə ev yandı, azyaşlı öldü - FOTO

1 Aprel 2024 12:55

Bərdədə fərdi yaşayış evində yanğın olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb.

Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib.

2019-cu il təvəllüdlü Həsənzadə Rafael Rauf oğlu Bərdə xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun