Bu şəxslər Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilir

1 Aprel 2024 11:23

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilir:

Əliyev Elvin Əhəd oğlu

Qarayeva Mehriban Cəfər qızı

Əliyev Emin Zöhrab oğlu

Abbasova Günel Məhərrəm qızı

Səlimova Səadət Rəşid qızı

Cəfərov Səməd Fəxrəddin oğlu

Məmmədov Murad Akif oğlu

Qocayev Tural Şəmsi oğlu

Hüseynov Zaur Nazim oğlu

Ələkbərov Əfqan Qəzənfər oğlu

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun