Qazaxıstanda zəlzələ oldu

1 Aprel 2024 11:14

Qazaxıstanda 5,3 maqnitudalı zəlzələ olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxısatanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Almatı şəhərindən 308 kilometr məsafədə yerləşib. Ocaq 25 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun