İmamoğlunun xanımından maraqlı paylaşım - FOTO

1 Aprel 2024 11:09

CHP-nin İstanbul böyükşəhər bələdiyyə başçısı namizədi Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek Kaya İmamoğlu diqqətçəkən paylaşımlar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Dilek Kaya öz instaqram hesabında həyat yoldaşı ilə birgə yer aldığı fotoları paylaşaraq "Sevgi və yaxşılıq qazandı!" şərhini yazıb.

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdə qutuların 99,82 faizi açılıb. Hazırkı nəticələrə görə, İstanbulda Əkrəm İmamoğlu 51,09% səs toplayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun