Türkiyənin Denizli şəhərində CHP-nin binasında seçkilərin ilkin nəticələrinin qeyd edilməsi zamanı insident baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Tavas qəsəbəsində qeyd alınıb.
Belə ki, CHP tərəfdarları Tavasda bələdiyyə sədri Kadir Tatıkın seçkilərdə irəlidə olmasını qeyd etmək üçün partiyanın binası önünə gəlib.
Bir qrup tərəfdar isə ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşən eyvana toplaşıb. Tədbir zamanı eyvan ağırlığa tab gətirməyərək uçub. Hadisə zamanı 3-ü ağır olmaqla 18 nəfər yaralanıb.
Xatırladaq ki, dünən Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun