Tanınmış aktyor bələdiyyə sədri seçildi

1 Aprel 2024 10:23

Türkiyədəki bələdiyyə seçkilərində tanınmış aktyor Erdal Beşikçioğlu böyük fərqlə qazanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Behzat C. serialları ilə Türkiyədə məşhurlaşan teatr və kino sənətçisi Erdal Beşikçioğlu CHP-nin namizədi kimi yarışdığı Ankaranın Etimesqut rayonunda keçirilən yarışda qalib gəlib.

Qeyri-rəsmi nəticələrə görə Beşikçioğlu 55 faiz səs toplayıb. MHP-nin namizədi Ənvər Dəmirəl 33 faiz səs qazanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun