Sumqayıtda dəniz qırağında meyiti tapılan azyaşlı ilə bağlı təfərrüatlar

31 Mart 2024 23:25

Xəbər verdiyimiz kimi, Sumqayıtda dəniz kənarından uşaq meyiti tapılıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, meyiti ərazidən keçən sakinlər görüb və polisə məlumat veriblər.

Əraziyə dərhal hüquq-mühafizə əməkdaşları cəlb edilib.

Araşdırma zamanı meyitin 1 yaş altı aylıq Zeynəb Yeşilə aid olduğu məlum olub. Meyit ərazidən götürülüb.

Ölən uşağın nənəsi iddia edib ki, Zeynəb sonuncu dəfə öz atası ilə evdən çıxıb. Onun atası Türkiyə vətəndaşıdır.

Hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun