Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Azərbaycana səfər edəcək

31 Mart 2024 22:10

Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər 1-2 aprel tarixlərində baş tutacaq.

Səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşməsi nəzərdə tutulub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun