ABŞ vətəndaşlarını Qarabağa getməməyə çağırdı

22 May 2010 12:09
Milli.Az Ermənistanın "Azq" qəzetinə istinadən xəbər verir ki, bu çağırış Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib. Vaşinqton bildirir ki, Ermənistanla Azərbaycan arasında davam edən münaqişə üzündən buraya səfər turistlər üçün təhlükə yaradır: "Odur ki, turistlər, ABŞ vətəndaşları Dağlıq Qarabağ, həmçinin ona bitişik ərazilərə səfərlərdən uzaq olmalıdırlar".
Erməni mətbuatı ABŞ-ın bu bəyanatının Qarabağ separatçılarının keçirməyə hazırlaşdıqları "parlament seçkisi" ərəfəsinə düşməsinə diqqət çəkir: "Prosesi müşahidə etmək üçün amerikalı vətəndaşlar, jurnalistlər və ya diplomatların Qarabağa gəlməsi mümkün idi".

Dövlət Departamentinin açıqlamasında o da bildirilir ki, Azərbaycan hökuməti erməni əsilli ABŞ vətəndaşlarına viza verməkdən də imtina edə bilər. Çünki onların təhlükəsizliyinə zəmanət verə bilmir: "Azərbaycan hökuməti ABŞ-ın erməni əsilli vətəndaşlarının təhlükəsizliyinə zəmanət verə bilmədiyi üçün onları respublikaya səfərləri zamanı diqqətli olmağa da çağırıb".

Milli.Az