Günün yuxuyozması
8 İyun 2012 06:00
Milli.Az Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.
Ad günü - Yuxuda ad günü keçirmək o deməkdir ki, siz gündəlik qayğılardan yorulmusunuz, özünüzü işlərdən ayıraraq istirahət etmək və dostlarla ünsiyyətdə olmaq istəyirsiniz və belə imkan tezliklə ələ düşəcək. Əgər yuxuda ad gününüzü təbrik edirlərsə, bu, həyatda yaxın adamlarınızın sizə diqqətinin az olduğundan xəbər verir, lakin tezliklə vəziyyət dəyişəcək. Kiminsə ad gününü qeyd etmək o deməkdir ki, rəqibləriniz peyda olub, onlar dedi-qodular yayaraq sizə xələl yetirəcəklər. Əgər ad gününüzü təbrik etməyi unudublarsa, bu sizin nalayiq hərəkət edəcəyinizə və bundan peşman olacağınıza işarədir.
Böyürtkən - ciddi xəstəlik və pisliklərə işarədir. Onu yığmaq uğursuzluq deməkdir. Onu yemək itkilərə işarədir. Əgər böyürtkən koluna dolaşmısınızsa, bu o deməkdir ki, şeytan özü sizə belə yuxu nazil edib. Bu yuxudan sonra ciddi həyati çətinliklər ola bilər.
Çələng - hakimiyyət, paxıllıq, himayədarlıq rəmzidir. Yuxuda başına çələng geymək öz qərarınızın doğru olub-olmadığından şübhələndiyinizə işarədir. Yuxuda başınızda çar tacı varsa, bu, yoxsulluq və səfilliyə işarədir. Yalançı dostlardan qorunun. Yuxuda kiminsə başında çələng görmüsünüzsə, bu, çox nüfuzlu bir insanın dostluq və himayəsinə işarədir. Başından çələngin düşməsi mübahisələr və düşmənlərin paxıllığına işarədir.
Nasos - sizin enerjili və doğru olmağınız sizə arzuolunan zənginliyi gətirəcək; bu yuxu həmçinin, möhkəm sağlamlığa işarədir. Yuxuda sınıq nasos görmək - ailə qayğıları şöhrətpərəstliyə meylinizi sıxışdırıb çıxaracaq. Yuxuda nasosla işləyirsinizsə, həyatınızda sevinc və gəlirli iş gözlənilir.
Tapmaca tapmaq - mühüm aydınlıq, izahata işarədir; tapmacanı tapmamaq - mühüm sirlərə işarədir.
Milli.Az