Masallıda avtomobil aşdı, 3 yaralı var - FOTO

31 Mart 2024 15:55

Masallıda minik maşını aşıb, 3 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Masallı rayonunun Alvadı kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil yol kənarına aşıb, ərazidəki transformatoru zədələyib. Qəza nəticəsində 3 nəfər Cəlilabad rayon sakini - 2002-ci il təvəllüdlü Əsgər Rasim oğlu Dövlətov, 2002-ci il təvəllüdlü Rahul Əziz oğlu Nəzərov və 2002-ci il təvəllüdlü Şəhanə Əsgər qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ə.Dövlətov və R.Nəzərova ilkin tibbi yardım göstərilib, hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb. Ş.Əliyevaya sağ ayağının, bazunun 1/3 hissəninin yerdəyişən sınığı və kəllə-beyin travması diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun