Serialın çəkiliş meydançasında yanğın - FOTOlar

31 Mart 2024 15:43

Türkiyəli aktyor Rüzgar Aksoyun baş rolunu canlandırdığı "Aziz Mahmud Hüdayi: Aşkın yolculuğu" serialının çəkiliş meydançasında yanğın olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Rivada yerləşən çəkiliş məkanındakı hadisəyə səbəb isə elektrik naqillərindəki yaranan problem olub.

Qısa zamanda qarşısı alınan yanğında xəsarət alan olmayıb. Çəkilişlərə bir gün fasilə verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun